Heydər Əliyev Sarayında, 31 oktyabr tarixində Dövlət Müstəqilliyi (18 oktyabr) və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günləri (9 noyabr) ilə əlaqədar "Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız" adlı konsert keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməkdar artist Eldar Məmmədovun rəhbərliyi ilə, instrumental ansamblın müşayiət edəcəyi bayram konsertində Respublikanın xalq artistləri, əməkdar artistlər və tanınmış sənətçilər çıxış edəcək.
Qeyd edək ki, konsert proqramında, xalq artistləri Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər Zöhrə Abdullayeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Mətanət İsgəndərli, Teyyub Aslanov, tanınmış sənətçilər Rəşad İlyasov, Rüfət Axundov, Cəlal Abbasov, Samir Piriyev, Əlikram Bayramov, Zabitə Alıyeva, meyxanaçı Ağamirzə və "Rasimlər" folklor qrupu iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB