Turizmdən milyonlar qazanan cırtdan dövlət

Turizmdən milyonlar qazanan cırtdan dövlət

Cırtdan knyazlıq olan Monakoya bir ildə 7 milyon nəfərədək turist və qonaq gəlir. Onlar burada cəmi bir gün qalır və şəhərlə tanışlıq üçün kifayət edən bu müddətdə suvenirlərə, muzey və restoranlara çoxlu pul xərcləyirlər. Knyazlıq turizmdən ildə 500 milyon avroyadək gəlir götürür. Bu, ümumi daxili məhsulun 10 faizindən çoxdur. Cəmi 37,5 min nəfərə yaxın əhalisi olan Monako qonaqları yorulmadan qəbul edir və yola salır. Buraya əsasən qonşu İtaliya və Fransadan turistlər gəlir. Son vaxtlar rus turistlərin sayı da artıb. Sonrakı yerləri ingilislər, amerikanlar və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər tutur.

Yerli sakinlər kiçik Monakonu fəxrlə beynəlxalq turizm mərkəzi adlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə