Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilişləri aparılan və artıq üç bölümü İctimai televiziyada yayımlanmış "Gələrsən, görərsən" adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılmaqdadır. SİA-nın verdiyi xəbərə görə, teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun aparıcılıq etdiyi bu televiziya layihəsi Azərbaycanın bir-birindən gözəl bölgələri olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı və digər regionlarının paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdılması yolunda çox uğurlu bir addım olacağı düşünülür.
Qeyd edək ki, sözügedən layihənin dördüncü buraxılışı Lənkəran şəhərinə həsr olunacaq və sentyabr ayının 22-də, saat 22:50-də İctimai televiziyada yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB