Gənc Tamaşaçılar Teatrının səhnəsində Azərbaycanın xalq yazıçısı, nasir, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar dramaturqun "Sarıköynək və Valehin nağılı" əsəri əsasında tamaşa göstəriləcək. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam respublikanın əməkdar rəssamı İsmayıl Məmmədov, bəstəkar -Cəmalə Nasirova.
Tamaşada xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar -Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh) və başqaları iştirak edirlər.
Qeyd edək ki, tamaşa 20 sentyabr, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB