Afaq Bəşirqızının doğum günüdür FOTOLAR

Afaq Bəşirqızının doğum günüdür FOTOLAR

Bu gün Azərbaycannın görkəmi teatr və kino aktrisası, xalq artisti Afaq Bəşirqızının doğum günüdür. SİA-nın verdiyi məlumata görə, xalq artisti 59 yaşını qeyd edir.

Afaq Bəşirqızı 15 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. 1975-ci ildə fəaliyətini Sumqayıt Dövlət Dram Teatrında davam etdirib. Burada klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. 1989-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb.Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aktyorluq kursunda dərs deyib.

Afaq Bəşirqızı "Xalq Artisti" fəxri adına, "Şöhrət" ordeni, "Qızıl Dərviş" mükafatı, "Prezident mükafatı", "Azərbaycan mədəniyyətinə dəyərli töhfə", "Zirvə" mükafatı, "Sənətkar ordeni"nə layiq görülüb.

Ailəlidir, bir oğlu 2 nəvəsi var.

Qeyd edək ki, Afaq Bəşirqızı xalq artisti Bəşir Səfəroğlunun qızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə