Fərhad Bədəlbəyli: "Belə gözəl ifaya görə ukraynalı musiqiçilərə minnətdarlığımı bildirirəm"
Belə qərara gəldik ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yalnız Qəbələdə deyil, ona yaxın olan rayonlarda da konsertlər təşkil edək. Dünən Qaxda, açıq havada, çox gözəl bir səhnədə dünya şöhrətli "Kiyev Solistləri" Kamera Orkestrinin konserti keçirildi. Bu gün isə həmin kollektiv qədim və füsünkar Şəkinin qonağı oldu. Konsert proqramı çox gözəl idi. Özünüz də gördünüz ki, tamaşaçılar necə sakit, diqqətlə qulaq asırdılar. Musiqiçilər Çaykovskinin, Vivaldinin, Baxın əsərlərini, sonda isə bizim sevimli Fikrət Əmirovun "Nizami" somfoniyasının finalını ifa etdilər. Açığını deyim ki, belə ifanı çoxdan eşitmirdim. Necə də ürəklə, templə ifa edirdilər. Onlar elə bil Azərbaycan musiqisini duyurdular, bu musiqi onların ürəklərindən süzülürdü. Bu ifaya görə mən kollektivə dərin minnətdarlığımı bildirmiək istəyirəm.
Bu fikirləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli festival çərçivəsində Şəkidə keçirilən konsertdən sonra jurnalistlərə müsahibəsində bildirib.
Festivalın bədii rəhbəri daha sonra deyib: "Ukraynalı qonaqlar bizə deyirlər ki, siz xoşbəxt insanlarsınız ki, belə sakit, sabit, gözəl ölkədə yaşayırsınız. Hər yerdə inkişaf, quruculuq işləri gedir. Onlar bu sözləri həsrətlə deyirdilər. Mən isə onlara izah etdim ki, 1990-1991-ci illərdə biz də bu mərhələni keçmişik. Allaha şükürlər olsun ki, o günlər arxada qalıb, indi Azərbaycan sürətlə inkişaf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB