15 iyuda Bakı şəhəri Xətai Sənət Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə hazırlanmış "Ana yurdum" adlı diskin təqdimatı olacaq. SİA-nın məlumatına görə, təqdimat mərasimində bir sıra çıxışlar, habelə gənc müğənni Aytən Məhərrəmovanın rəhbərlik etdiyi "Aypara" muğam üçlüyünün və tanınmış sənətçilərin ifaları eşidiləcək. Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə çap olunan nəşrlərin sərgisi təşkil olunacaq. Aytən Məhərrəmova və "Aypara" Muğam üçlüyü haqqında məlumat verilən "Ana yurdum" diskinə xanəndənin 23 muğam, təsnif, xalq və bəstəkar mahnıları daxil edilib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc xanəndə Aytən Məhərrəmova və Vüsal Zamanov "Aypara" muğam qrupu ilə birgə bu il martın 18-də Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilmiş konsert verib, qədim Səmərqənd şəhərində çıxışları olub. Bu il 4 iyul tarixində Daşkənddə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində də albomun təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə