Göyçay rayonundakı Rəsul Rza adına Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyi, Göyçay Rayon İcra Hakimiyyəti və Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə dövlət sifarişi ilə "Yaddaş" studiyasında rejissor Asif Abramov tərəfindən çəkilmiş "Azərbaycanlı Yura" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Göyçayda dünyaya göz açmış, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kavalyova həsr olunmuş filmin təqdimatında qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov və bir sıra rayon ziyalıları, Yuri Kavalyovun bacısı Təranə Məmmədova çıxış edərək, belə filmlərin, tədbirlərin əhəmiyyətindən danışmış, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğunu, ehtiramla anıldığını qeyd ediblər.
Qeyd edək ki, sonda film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB