Azərbaycanlı tələbə Dinara Qabidullayeva Ukraynada "İlin ən yaxşı elm xadimi" nominasiyası üzrə qalib gəlib. Bu barədə SİA-ya Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova açıqlama verib: "Bu biz azərbaycanlılar üçün böyük qürurdur. Artıq iki ildir ki, "Oskar" nominasiyasına məhz bizim fəal azərbaycanlı gənclərmiz layiq görülür".
Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin 3-cü kurs beynəlxalq əlaqələr fakultəsinin və 4-cü kurs qiyabi-hüquqşünas fakültələrinin tələbəsi Dinara Qabidullayeva və Mirxəlil Namazzadə 2013-2014-cü təhsil ilinin ən yaxşı elm xadimi tələbəsi nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Bundan əlavə, Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin Gənc alimlər komitəsinin başcısıdır.
Qeyd edək ki, 2013- ilin təhsil ilinin ən yaxşı xarici tələbəsi nominasiyasında Mirxəlil Namazzadə Oskar mükafatına layiq görülüb. Həmyerlimiz Mirxəlil Namazzadə Ukrayna Azərbaycanlı Gənclər Birliynin Dnepropetrovsk vilayət təşkilatının sədr müavini və Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin xarici tələbələr Şurasının sədridir. Sevindirici haldır ki, o da bu il "Oskar" mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB