Lənkəranda 28 May - Respublika Gününə həsr olunmuş rəsm sərgisi təşkil edilib

Lənkəranda 28 May - Respublika Gününə həsr olunmuş rəsm sərgisi təşkil edilib

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş "Milli dövlətçilik tariximizin böyük epoxası" adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmiş, müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasına həsr olunmuş sənədli filmə baxıblar.

Sərginin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin rəsm studiyasının rəhbəri Aygün İbrahimova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, ötən əsrin sonlarında xalqımız yenidən tarixi müstəqilliyinə qovuşublar.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin doğru, düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub.

Sərgidə milli dövlətçilik tariximizi əks etdirən əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, müxtəlif nominasiyalar üzrə qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə