Xanım Qafarova: "İliklərimdə ərimə gedir" AÇIQLAMA

Xanım Qafarova: "İliklərimdə ərimə gedir" AÇIQLAMA

Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın səhhəti yenidən pisləşib. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Hazırda xəstəxanadayam və həkimlər mənə qan köçürürlər. Neçə gündür qanım yenə azalıb. Şükürlər olsun ki, dünən qan tapmaq mümkün oldu. Mayın əvvəlində qan köçürmüşdülər, kimyaterapiyanın şüası nəticəsində yenə azalıb. Son illərdə iliklərdə ərimə getdiyi üçün özümü daha da pis hiss edirəm. Qan köçürüləndən sonra müəyyən qədər düzəlmişəm. Özümə gələndən sonra yenə Türkiyəyə gedib müalicəmi davam etdirəcəm".

Qeyd edək ki, Xanım Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə