Ədəbiyyat xadimləri mükafatlandırılıb

Ədəbiyyat xadimləri mükafatlandırılıb

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri- xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın anadan olmasının 104-cü ildönümü münasibətilə ədibin xatirəsini anma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə görkəmli poeziya ustasının Fəxri xiyabandakı məzarını ziyarət etmiş, üzərinə tər çiçək dəstələri düzüblər.

Sonra mərasim Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında davam etdirilib.

Qeyd edək ki, tədbirdə bir qrup ədəbiyyat xadiminə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondu tərəfindən təsis edilmiş Rəsul Rza adına Beynəlxalq mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə