Azərbaycan “Geniş ata dünyası” Beynəlxalq rəsm sərgisinin mükafatçıları sırasına daxil olub
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 16 gənc rəssamı Norveçdə keçirilən "Geniş ata dünyası" Beynəlxalq rəsm sərgisinin mükafatçıları sırasına daxil olub. SİA-nın məlumatına görə, Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən 16 gənc azərbaycanlı rəssama sərgidəki nailiyyətlərinə görə sertifikat göndərilib. Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə isə həmin layihədə fəal iştirakına görə təşəkkür bildirilib. Eyni zamanda, keçiriləcək növbəti rəsm sərgisində iştirak etmək üçün təşkilat komitəsi tərəfindən mərkəzə dəvət məktubu gəlib.
Nəzərinizə çatdıraq ki, Norveçin Oslo şəhərində yerləşən Uşaqların Beynəlxalq Rəsm Muzeyi tərəfindən keçirilən "Geniş ata dünyası" Beynəlxalq layihəsində iştirak etmək məqsədilə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Rəsm" studiyasının 18 yaşadək olan üzvləri bu mövzuda rəsm işləri çəkmiş və əsərlər Norveçə göndərilib. Bu ilin əvvəlində Uşaqların Beynəlxalq Rəsm Muzeyində dünyanın müxtəlif ölkələrinin uşaqları tərəfindən göndərilmiş "Geniş ata dünyası" mövzusunda rəsm əsərlərinin yekun sərgisi keçirilib. Sərgidə Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 16 gənc rəssamı uğur qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB