Göygöldə kitab sərgisi açılıb

Göygöldə kitab sərgisi açılıb

Göygöl rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş kitab sərgisi keçirilib. SİA-nın məlumatına görə, əsasən görkəmli dövlət xadiminin əsərlərindən ibarət olan sərgidə çıxış edənlər dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən, eləcə də onun uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlardan danışıblar.

Tədbirdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən bir sıra müsabiqələrdə qalib gələn məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə