Bu günün tarixi

1712-ci ildə Tula silah zavodunun bünövrəsi qoyulub.

1873-cü ildə ingilis arxeoloqu Hovard Karter dünyaya gəlib.

1913-cü ildə "Fantomas" filmi ilk dəfə ekrana çıxarılıb.

1925-ci ildə geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu Nüsrət Xəlilov anadan olub.

1930-cu ildə məşhur idmançı Ələkbər Məmmədov anadan olub.

1940-cı ildə amerikalı rejissor Ceyms Bruks dünyaya gəlib.

1945-ci ildə Berlinə daxil olan sovet qoşunları alman faşistləri üzərində qələbə çalıb.

1962-ci ildə rus rejissoru Valeri Todorovski anadan olub.

1967-ci ildə ABŞ-ın Vyetnamda apardığı müharibənin "Quran" zid olduğunu hesab edərək bu ölkədə əsgərliyə getməkdən imtina edən boksçu Məhəmməd Əlinin dünya çempionu titulu əlindən alınıb.

1967-ci ildə rus aktyoru Fyodor Bondarçuk anadan olub.

1987-ci ildə Polşa hava yollarına aid Varşava – Nyu York reysi ilə hərəkət edən sərnişin təyyarəsi havaya qalxdıqdan sonra qəzaya uğradı və nəticədə 183 nəfər həlak oldu.

2000-ci ildə vəzifəsindən ayrılarkən 80-ə yaxın ölkə rəhbərinə vida məktubu yazan Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Bəşər Əsəd, Müəmmər Qəddafi, Səddam Hüseyn, Miloşeviç və Pərviş Müşərrəfi bu siyahıya daxil etmədi.

2003-cü idə Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurub.

2004-cü ildə Çeçenistanın keçmiş prezidenti Əhməd Əbdülhəmid oğlu Kadırov öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə