Madam Tüsso muzeyində Mark Zukerberqin mum fiquru nümayiş olunacaq
Məşhur Madam Tüsso muzeyində yeni eksponat nümayiş etdiriləcək.
Cari ilin iyununda məşhur Britaniya muzeyinin ABŞ-ın San-Fransisko şəhərindəki filialının açılışında ziyarətçilərə digər tanınmışların sırasında "Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqin də mum fiquru nümayiş olunacaq.
İnformasiya texnologiyaları sənayesinin ən gənc və istedadlı lideri Mark Zukerberqin mum heykəli müğənni Rihanna və aktyor Leonardo DiKaprio ilə bir sırada yerləşdirilib. Zukerberq kresloda özünəməxsus oturuşu və əlində noutbuk ilə mumlaşdırılıb. Mark Zukerberqin surətinin hazırlanmasında 20 rəssam 4 ay vaxt sərf ediblər.
Mark Zukerberq muzeydə informasiya texnologiyaları sahəsinin yeganə təmsilçisi deyil. Muzeyin Nyu-Yorkdakı filialında informasiya texnologiyaları nəhənglərindən "Microsoft" şirkətinin yaradıcısı Bill Geyts, Honkonqdakı filialında isə "Apple"in təsisçisi Stiv Cobsun mum fiqurları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB