Xalça muzeyində dəyişiklik oldu

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin adı dəyişdirilib. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə muzeyin adı "Azərbaycan Xalça Muzeyi" olaraq dəyişdirilib.

Nazirlər Kabinetinin qərarında deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

Nəzərinizə çatdıraq ki, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, yeni adı ilə Azərbaycan Xalça Muzeyi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzeyidir.

Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Muzey dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşıb.

Qeyd edək ki, 1967-ci ildən fəaliyyətə başlayan muzey, Azərbaycanın mədəni irsinin uzaq və yaxın xaricdə təbliğ edilməsi məqsədilə Respublikada və 30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil edib. Bunların sırasında Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, Türkiyə və s. ölkələri göstərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə