Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə Azərbaycanda İpək Oya və Osmanlı geyimlərindən ibarət möhtəşəm dəfilə keçirilib. SİA-nın məlumatına görə, dəfilədə səfir İsmail Alper Coşkun, müşavir Seyit Ahmet Arslan, Azərbaycan millət vəkilli Məlahət İbrahimqızı, modelyer Fəxriyyə Xələfova və digər ictimai xadimlər iştirak ediblər.
Azərbaycanda Jumeirah Bilgag Beach Hoteldə, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi təşkilatı dəstəyi ilə baş tutub. Türkiyənin Bursa şəhər İcra Başçılığının dəstəyi ilə, Azərbaycana gətirilən 5 model xanımın əl işi olan osmanlı geyimləri defilə izləyicilərini heyran edib.
Qeyd edək ki, dəfilənin sonunda Azərbaycan və Türkiyə bayraği ilə səhnəyə çıxan modelləri ayaqda alqışlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB