Rusiyanı "Eurovision"da əkizlər təmsil edəcək

Rusiyanı "Eurovision"da əkizlər təmsil edəcək

Rusiyanın "Eurovision 2014" təmsilçisi seçilib. SİA-nın Eurovision yarışmasının rəsmi saytına istinadən xəbər verir ki, bu il Rusiyanı Danimarkada əkzi bacılar təmsil edəcək. Maşa və Nastya Tolmaçeva bacıları 2006-cı ildə "Eurovision Junior" yarışmasına qatılmışdılar. Bu il müsabiqə "Rossiya 1" kanalı ilə Rusiya ərazisində yayımlanacaq. Qızların hansı mahnı ilə müsabiqəyə qatılacaqları isə hələlik açıqlanmayıb.

"Eurovision junior" müsabiqəsindəki qələbə əkiz bacıların ilk böyük uğuru olub. Hələ o zaman qızlar mətbuat konfransında ən böyük arzularının "Eurovision" müsabiqəsinə qatılmaq olduğunu açıqlamışdılar.
17 yaşlı qızlar musiqi ilə hələ lap kiçik yaşlarından məşğul olmağa başlayıblar. Onlar bir neçə müsabiqənin laureatı adını qazanıblar.

Qeyd edək ki, onlar may ayının 6-da müsabiqənin ilk yarımfinalında mübarizəyə başlayacaqlar. Ümumilikdə müsabiqəyə 37 ölkə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə