Bu günün tarixi

Miladi: 25 fevral 2014

Hicri: 25 rəbiul axir 1435

İlin 56-cı günü
İlin sonuna 309 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:11
Günəş – 07:20
Zöhr – 12:57
Əsr – 16:25
Məğrib – 18:41
İşa – 19:57

1643-cü ildə Osmanlı Sultanı II Əhməd anadan olub.

1841-ci ildə Fransız Rəssamı Pyer Oqüst Renuar anadan olub.

1873-cü idə Enriko Karuzo anadan olub.

1895-ci ildə Məşhur fiziklər Pyer və Mariya Küri ailə qurub.

1899-cu ildə "Reuters" teleqraf agentliyinin banisi Pol Röyter vəfat edib.

1910-cu ildə Seleksiyaçı alim İmam Mustafayev anadan olub

1910-cu ildə tanınmış rəssam Rüstəm Mustafayev anadan olub.

1919-cu ildə Xalq Cumhuriyyətinin parlamentində yaranmış növbəti böhran nəticəsində Fətəli Xan Xoyskinin başçılıq etdiyi üçüncü hökumət kabineti fəaliyyətini dayandırıb. Ayyarım sürən gərgin müzakirələrdən sonra Nəsib Bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət təşkil edilib.

1958-ci ildə Güllə atıcılığı üzrə Afina Olimpiadasının və bir çox yarışların mükafatçısi İrada Aşumova anadan olub.

1961-ci ildə Küveyt dövlətinin yaradılması münasibətilə "Küveyt Milli günü" təsis olunub.

1980-ci ildə Rus müğənni aktyor Vladimir Vısotski vəfat edib.

1984-cü ildə Qadın kosmonavtlar arasında ilk dəfə Svetlana Savitskaya açıq kosmosa çıxıb.

1988 - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.

1991-ci ildə keçmiş Varşava blokunun hərbi strukturu ləğv edilib.

1992-ci ildə 366-cı alayın dəstəyi ilə erməni quldurları Xocalı üzərinə hücuma başlayıb.

1992-ci ildə Azərbaycan Respublikası Yəmən ilə diplomatik əlaqələr yaradıb.

1995-ci ildə Yuqoslaviya üzrə Beynəlxalq hərbi tribunal serb liderlər Radovan Karaciç və Ratko Mladiçi soyqırım törətməkdə təqsirləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə