“Mən səni sevirəm”

Məşhur dramaturq Əli Əmirlinin eyni adlı pyesi əsasında səhnələşirilən "Mən səni sevirəm" tamaşasının premyerası olacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, baş rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşada baş rolları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, aktyorlar Almaz Mustafayeva, Kəmalə Hüseynova, Mehriban Abdullayeva, Sərvər Əliyev, Elnur Hüseynov və başqaları ifa edirler.

Qeyd edək ki, tamaşa fevralın 25-i saat 16:00-da Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq. Biletlərin qiyməti isə 6 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə