“Etnomir” parkında Azərbaycan kulinarlarının və xalçaçı rəssamlarının ustad dərsləri keçiriləcək
Fevralın 17-dən 21-dək Rusiyanın "Etnomir" etnoqrafiya parkında "Qafqaz həftəsi" layihəsi çərçivəsində Azərbaycan kulinarlarının və xalçaçı rəssamlarının ustad dərsləri keçiriləcək. SİA-nın Rusiya mətbuatına istinadən xəbər verir ki, ustad dərsləri barədə məlumatda Azərbaycanda xalçaçılığın tarixi barədə qısa informasiya verilib.
Məlumatda deyilir: "Demək olar, hər kəndin özünün xalça naxışı olub. Azərbaycanda belə xalçalar Quba, Şirvan, Bakı, Qazax, Qarabağ xalçaları və s. adlanırdı. Xalça kompozisiyaları dünyanın özünəməxsus tərzdə yerinə yetirilmiş bir mənzərəsidir".
"Etnomir" Moskva və Kaluqa vilayətlərinin sərhədində yerləşən nəhəng muzeydir. Burada dünya xalqlarının evlərinə getmək, məişət əşyalarına toxunmaq, milli paltarlarını geyinib baxmaq, ənənəvi peşələrə yiyələnmək, xalq əyləncələrində iştirak etmək, hətta hər hansı etnooteli seçib orada yaşamaq olar.
Burada hər ölkə və xalq olduğu kimi canlandırılmış, müxtəlif təyinatlı etnik tikililəri olan etnohəyətlər vasitəsilə təqdim olunub. Hər etnohəyətdə mehmanxana evlər, sənətkar emalatxanaları, muzeylər, kafe və restoranlar, suvenir dükanları və ənənəvi həyatın koloritini əks etdirən digər tikililər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB