Bakıda Yunanıstanın Avropa İttifaqında sədrlik etməsi münasibətilə konsert keçiriləcək
Yunanıstanın Avropa İttifaqında sədrlik etməsi münasibətilə bu dövlətin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə konsert təşkil olunacaq. SİA-nın məlumatına görə, konsertin proqramına "Trio Elegia" qrupunun ifasında görkəmli yunan bəstəkarı Manos Hacidakis, Nikos Skalkotas və Mikis Thedorakisin əsərləri ifa ediləcək.
Qeyd edək ki, konsert yanvarın 29-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq. Tədbir yerli mətbuat nümayəndələri üçün açıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB