20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar kitabxanalarda sərgi keçiriləcək

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar kitabxanalarda sərgi keçiriləcək

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) sərgi, söhbət və məlumat saatı keçiriləcək. SİA-nın məlumatına görə, yanvarın 20-də Səbail rayon MKS-nin mərkəzi kitabxanasında və 1 nömrəli filialında müvafiq olaraq "Azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi", "Hər zaman qəlbimizdə yaşar şəhidlər" mövzularında sərgi və söhbətlər təşkil ediləcək.

Qeyd edək ki, həmin gün Səbail rayon MKS-nin 2 nömrəli filialında "20 Yanvar - ağrılı, acılı xatirələr" mövzusunda sərgi, 6 nömrəli filialında isə "Şəhidlər heç vaxt unudulmur" adlı məlumat saatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə