Bakıda "Celtic Legends" İrlandiya rəqs ansamblının konserti keçiriləcək. SİA-nın məlumatına görə, bu şou bütün dünyanı fəth edib. Milli alətlərin müşayəti ilə irland rəqsinin, akrobatik çıxışların, canlı musiqinin, əsrarəngiz mahnıların sintezi "Celtic Legends" şousudur, maqnetizmin böyük güvvəsinə malik olan, keltlərin miqyasca əhatəli bir layihəsidir.
Nəzərinizə çatdıraq ki, "Celtic Legends" şousunun nəğmələri və rəqsləri insanın təbiətlə, qədim dövrlərdən qalan qorxu, sevinc hissi ilə, od ilə münasibətləri haqqda bəhs edir. Ağacın, odun və suyun insana necə də doğma olduğu, ətraf mühitin insana verdiyi güc haqqda danışılır.
Qeyd edək ki, konsert 1-2 mart saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 20-190 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB