"Əli və Nino gözü ilə Bakı" yaradıcılıq gecəsi

"Əli və Nino gözü ilə Bakı" yaradıcılıq gecəsi

"Bakı sirləri" verilişinin aparıcısı və müəllifi Fuad Axundov Bakı şəhərinin ən maraqlı dövru XIX əsrin sonu XX əsrin əvvəli üzərindən pərdəni götürəcək və tamaşaçını Qurban Səidin "Əli və Nino" əsərini təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, tamaşaçılar şəhərin adlı-sanlı Şirvanşir nəslinin və Gürcü knyazının qızı Nino Kipianinin dövründə necə olduğunu görəcək.

Nəzərinizə çatdıraq ki, roman ədəbi mühitdə qızğın şəkildə müzakirə edilir. Romanın əlyazması müəmmalı şəkildə yox çıxıb və müəllifi haqqında mübahisələr hələ də davam edir. Gecədə Fuad Axundov öz müəlliflik versiyasını təqdim edəcək.

Qeyd edək ki, konsert noyabrın 24-ü saat 19:00-da Famous Live Art Music-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə