Elçin Əfəndiyevin pyesi əsasında səhnələşdirilən "Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar" tamaşası nümayiş olunacaq. Azərbaycan Dövlət Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada xalq artistləri Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuriy Balıyev, əməkdar artistlər Ayan Mirqasımova, Natalya Balıyeva, Fuad Osmanov, aktyorlar Teymur Rəhimov, İlkin Mehdiyev, Yaqub Zeynalov, Milana Mərdəxanova, Yeganə Hüseynli, Maya Vorobjanskaya, Olqa Arsentyeva, Mariya Duboviskaya, Bella Klimaşyova, İnna İmranova, Fəridə Nesterenko, Natavan Hacıyeva, Elşad Murtuzov və başqaları rol alıblar.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçusu Azərbaycanın əməkdar incəsənət xadimi İranə Tağızadədir.
Qeyd edək ki, "Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar" tamaşası oktyabrın 11-i saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB