“Xanuma” tamaşasının premyerası olacaq

“Xanuma” tamaşasının premyerası olacaq

Gənc Tamaşaçılar Teatrında Avksentiya Tsaqarelinin 1882-ci ildə yazdığı eyniadlı əsəri əsasında "Xanuma" tamaşasının premyerası olacaq. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşada hadisələr ХIХ əsrin sonlarında Tbilisidə baş verir.

Nəzərinizə çatdıraq ki, tamaşada müflisləşmiş knyaz Pantiaşvili evlənmək istəyir və Xanımı özünə elçi tutur. O, isə knyaza Suliko adlı qız tapır. Digər elçi Kabato isə knyaza başqa qız məsləhət görür -varlı tacir Mikiçanın qızı Sonanı.

Qeyd edək ki, "Xanuma" tamaşası 17 sentyabr saat 19:00-da baş tutacaq. Biletlərin qiyməti isə 6-10 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə