Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iyulun 10-u, saat 10ºº-da Quba şəhərində B. Səfəroğlu adına Quba mədəniyyət evində (Heydər Əliyev pr. 165) Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB