Bu gün tanınmış meyxanaçı Nicat Əjdər "Mübariz" kinossenari adlı kitab təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə kitabın redaktoru, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoy, fizika-riyaziyyat elmlər doktoru Vaqif Nəsirov, əməkdar artist Təvəkkül Əliyev, aktyor Qorxmaz Əlili, rejissor Yavər Rzayev, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabın müəllifi Nicat Əjdər bu sözləri dilə gətirib: "Bu kitabı ərsəyə gətirməyimizə səbəb "Mübariz" əsərinin olmasını xalqımıza çatdırmaqdır. Kitabın içərisində filmlə bağlı söhbətlər gedir. Bunun üçün iş adamlarına və dövlət işçilərinə müraciət olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən, Müdafiə Nazirliyindən filmlə bağlı olaraq dəstək gözləyirik. İnanırıq ki, bu işdə bizə heç kəs "rədd" cavabı verməyəcək, maddi və mənəvi cəhətdən kömək edəcəklər. Biz Milli qəhrəmanımızı əbədiləşdirmək istəyirik. Düzdür, Mübariz artıq öz layiqli adını alıb, ancaq biz yenə də boynumuza düşən borcu öz öhdəmizə götürürük. Ümid edirəm ki, xalqımızın köməyi ilə "Mübariz" filmi ərsəyə gələcək".
Qeyd edək ki, kitabın əsas məqsədi xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun mübarizə və döyüş yolu müxtəlif ekstremal situasiyalarda izlənilib. Əsərdə Milli Bayrağımızı təhqir edən erməni separatçılarının cavabını Mübariz layiqincə verib və əsərin drammatik mənzərəsi də buradan götürülüb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB