Gənc Tamaşaçılar Teatrının kollektivi görkəmli ingilis yazarı Çarlz Dikkensin "Oliver Tvistin macəraları" tamaşasından parçalar nümayiş etdirəcək. SİA-nın məlumatına görə, tamaşadan parçalar British Council Bakı nümayəndəliyinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunacaq tədbirdə göstəriləcək.
Məlumat üçün bildirək ki, bu teatrın British Council Bakı nümayəndəliyi ilə növbəti layihəsidir. Sözügedən tamaşa keçən ildə Çarlz Dikkensin 200 illik yubileyi çərçivəsində də nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB