Quba turizm mövsümü başladı... FOTO

Quba turizm mövsümü başladı... FOTO

Yay turizm mövsümünün başlamasına az bir müddət qalıb. Bu ərəfədə Şimal bölgəsinin turizm obyektləri ciddi hazırlıq işlərinə başlayıb. Belə ki, ilin ilk 4 ayı ərzində bölgəyə gələn turistlərin sayının artması turizm sahəsində çalışan qurumları yüksək səviyyəli xidmət təşkil etməyə sövq edib. Builki Quba turizmi də turistlərin üzünə açıqdır. İndi Qubaya turist axını çoxalıb. Kimi meşəyə, kimisi isə çay kənarına özünü verir.

Həm daxili, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri də Quba rayonudur. Doğrudanda öz füsunkar təbiətinə, tarixi memarlıq və təbiət abidələrinə görə, Quba böyük turizm potensialına malikdir. Odur ki, qarşıdakı yay mövsümündə turistləri rahatlığının təmin olunması məqsədilə müvafiq tədbirlər görülməkdədir. Turistlər həftə sonu Qubanın səfalı guşələrinə gəlir. Turistlər bildirirlər ki, özünəxidmət turizmi də maraqlıdır.

Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin məlumatına görə, cari ilin ilk 4 ayı ərzində rayonda 10 mindən çox turist qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 20% çoxdur. Qeyd edək ki, qış və yaz aylarında turistlər əsasın şənbə və bazar günləri çoxluq təşkil edir. Qarşıdakı yay mövsümündə isə rayonun turizm obyektlərinə dəmək olar ki, hər gün turist müraciətləri daxil olur. Odur ki, müvafiq qurumlar yay turizm müvsümünə ciddi hazırlıq işlərinə başlayıb. Cari mövsümdə bir neçə yeni turizm mərkəzinin istifadəyə verilməsi də nəzərdə tutulub. Hava qızan kimi bu ayda turistlər Qubaya axışır. fisunkar təbiət turistlər üçün gəzintiyə çevirib. Bakıdan üz tutub Qubaya gedən turistlər təbiətdən zövq alırlar.

Turizm xidməti sahəsində çalışanların turistlərin ürəyincə xidmət edirlər. Kənd turizmi məşğul olan fərdi şəxslər də müvafiq qaydada təlimatlandırılacaq. Qeyd edək ki, Qubanın bir neçə yaşayış məntəqəsində, o cümlədən məşhur Xınalıq kəndində də turistlərin fərdi evlərdə dincəlməsi, kənd həyatı ilə yaxından tanış olması üçün müvafiq şərait yaradılıb. Yay mövsümü ərzində Qubaya gələn turistlər həm müasir tipli turizm mərkəzlərində, həm fərdi mənzillərdə və həm də əsrarəngiz təbiətin qoynunda qurulan çadırlarda istirahət edə biləcək.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə