Bu gün saat 16.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – azdrama.az istifadəçilərə təqdim olunacaq. SİA-nın məlumatına görə, saytın hazırlanması ilə bağlı işlər artıq yekunlaşıb. Yüksək peşəkarlıqla hazırlanan saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yerləşdirilib.
Qeyd edək ki, teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyət göstərirdi. Ancaq onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni veb-saytın yaradılması zərurəti yarandı. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Cari ilin mart ayında veb-sayt yeni dizaynda, yeni təqdimatda istifadəçilərin ixtiyarına veriləcək. Yeni variantda saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB