Siyavuş Aslan...

Dünən gecə səhhəti pisləşən xalq artisiti Siyavuş Aslanın vəziyyəti yaxşıdır. Bu barədə SİA-ya sənətkarın oğlu məlumat verib:

"Atam dünən gecə 1 saata yaxın danışmadı. Biz bundan çox narahat olduğumuza görə təcili yardım çağırdıq. Atam onu xəstəxanaya aparmaq istədiyimizi eşidən kimi danışmağa başladı. İndi o özünü yaxşı hiss edir".

Xatırladaq ki, xalq artisti 2 dəfə insult keçirib.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə