Azərbaycan teatrı beynəlxalq festivalda

Azərbaycan teatrı beynəlxalq festivalda

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı IV Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib. SİA-nın məlumatına görə, festivalda xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın teatrsevərlərin ixtiyarına verilməsi üçün Kote Marçanişvili adına Gürcüstan Dövlət Dram Teatrının səhnəsi Azərbaycanın teatr kollektivinə həvalə olunub.

Məlumat üçün bildirək ki, tamaşanın quruluşçu-rejissoru moldovalı məşhur rejissor Petru Vitkereu, səhnə tərtibatçısı Xalq Rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu-rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor-assistenti Dilbər İsmayılovadır.

Qeyd edək ki, festival Tbilisidə 2009-cu ildən başlayaraq hər il ənənəvi olaraq keçirilir. Bu il Tbilisi festivalında Böyük Britaniya, Polşa, Almaniya, Çin, Fransa, Meksika, Moldova və başqa ölkələrlə yanaşı, Azərbaycanın səhnə ustaları da məharətlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə