İsveçin \"Eurovision 2013\" təmsilçisi payızda bəlli olacaq

\"Eurovision- 2013\" mahnı müsabiqəsinin ev sahibi İsveç Milli Seçimlərə - \"Melodifestivalen\"ə start verir. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq növbəti Milli Seçimin qaydaları da müəyyən edilib. Yarışmaya təqdim olunacaq mahnıları sentyabrın 3-dən 17-dək İsveçin İctimai Yayımçısının svt.se saytına yerləşdirmək olar.


Müsabiqəyə 32 mahnı buraxılacaq. Münsiflər heyəti bunların arasından 16-nı seçəcək. Bu ilin payızında artıq Milli Seçimlərin - \"Melodifestivalen\"in qalibi bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə