Milli Qurtuluş Günü münasibətilə Bakıda bayram konserti keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılan Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edib.


SİA-nın məlumatına görə, bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyiblər.


Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə