57-ci "Eurovision" Mahnı Müsabiqəsi başa çatdı və müsabiqədə iştirak edən 43 dövlət artıq vətəninə qayıdıb və \"Eurovision 2013\"-ün ilk hazırlıqlarına başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrdə final gecəsi televiziyaların izlənmə reytinqi tərtib olunub və bu göstərici hər həftə başqa ölkələrlə yenilənəcək.
Almaniya
Almaniyada şənbə axşamı Bakıdan yayımlanan "Eurovision" Mahnı Müsabiqəsini 8,29 milyon tamaşaçı izləyib. Bu o deməkdir ki, hər 3-cü alman TV izləyicisi Lorenin İsveç üçün necə qələbə qazandığının şahidi olub.
Danimarka
Danimarkada "Eurovision" Mahnı Müsabiqəsini izləyənlərin sayı adətən 1,5-2 milyon nəfər olur, əgər ölkə finala çıxarsa, bu rəqəm 5, 5 milyona qədər qalxa bilir. Bu baxımdan da bu il Danimarkanın nə öz ölkə təmsilçisi Soluna Samayın nəticəsini, nə də izləyicilərin sayını qeyd etmək üçün heç bir səbəbi yoxdur.
İspaniya
2012 Eurovision mahnı müsabiqəsi İspaniyada 2008-ci ildən bəri ən çox izləniləni olub ki, bu rəqəm də 6,542,000 təşkil edir, yəni ötən ilkinə nisbətən 2 milyon çox.
Pastora Soler səhnəyə çıxdığında isə izləyici sayı pik həddə çatıb-8,723,000 nəfər. Aşağıda isə son 5 ildə İspaniyada müsabiqənin izlənmə göstəricisi yer alıb:
Bakı 2012 - 6,542,000
Düsseldorf 2011 - 4,742,000
Oslo 2010 - 5,760,000
Moskva 2009 - 5,122,000
Belqrad 2008 - 9,336,000
Avstraliya
"Eurovision2012" mahnı müsabiqəsini yayımladığı üçün 26 may tarixində Avstaliyanın ictimai kanalı SBS izləyici sayına görə rekord rəqəmə çatıb.2012 final şousunu 531,000 nəfər izləyib, ötən il isə bu rəqəm 503,000 nəfər olmuşdu. Avstraliya 10 ildən artıqdır ki, bu şounu yayımlayır və ümumilikdə bu müddət ərzində bu rəqəm ən yüksək göstəricidir. "Eyforiya" mahnısı həmçinin Avstraliyanın iTunes çartlarına daxil olub.
Serbiya
"Eurovision" Mahnı Müsabiqəsinin Bakıdakı final şousunu Serbiyada 3,1 milyon nəfər izləyib. Bu ölkə izləyici sayına görə ən yaxşı göstəricilərə 2007-ci ildə müsabiqədə qalib olduqdan sonra nail olub. Ancaq 2008-ci ildə Belqradda keçirilən final şousu hələ də Serbiya üçün ən çox izlənilən veriliş hesab olunur. 4 milyondan artıq serbiyalı ölkələrinin finalı necə keçirməsini izləyiblər.
İsveç
Loren Bakıdan qayıdanda onu minlərlə fanatlar Arlanda aeroportunda qarşıladılar. Şənbə günü isə 3.248.000 isveçli ictimai kanalda onun "Eyforiya" mahnısı ilə qalib olmasının şahidi olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB