Qaytana: “Bura sanki mənim də evimdir”

"Eurovision-2012" Mahnı Müsabiqəsinin ikinci yarımfinalından finala vəsiqə qazananlar sırasında ukraynalı təmsilçi Qaytana da var. SİA-nın məlumatına görə, yarımfinaldan sonra keçirilən mətbuat konfransına qatılan Qaytana Azərbaycanda özünü evindəki kimi hiss etdiyini dilə gətirib. O, Azərbaycana, onun mehriban xalqına təşəkkür edib: \"Çox xoşbəxtəm və Azərbaycana təşəkkür edirəm. Çünki bu cür gözəl ölkədir. Mən buranı çox sevirəm. Bura sanki elə mənim də evimdir. Özümü evimdəki kimi hiss edirəm\".


Bütün xəbərlər Facebook səhifəmizdə