Can Bonomo səhnəyə və mətbuat konfransına Azərbaycan bayrağı ilə çıxdı - FOTO

Çox gərgin və həyəcanlıyam. SİA-nın verdiyi məlumata görə, bunu "Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan Türkiyə təmsilçisi Can Bonomo ("Love Me Back") mətbuat konfransında deyib.


"Qardaş ölkədə uğur qazandığım üçün xoşbəxtəm. Finalda çıxışımızın daha yaxşı olacağına və daha çox uğur qazanacağımıza inanıram. Musiqi karyeramın başlanğıcındayam, ona görə də finalda hamını rəqib kimi görürəm", - deyə Bonomo bildirib.


Qeyd edək ki, Bonomo səhnədə və mətbuat konfransında Türkiyə bayrağı ilə yanaşı, Azərbaycanın da bayrağını gəzdirib.


Bütün xəbərlər Facebook səhifəmizdə