Şou iştirakçıları finala keçmək şansını necə dəyərləndirir?

Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalında yarışan 18 ölkə təmsilçisi hər biri fərqli səhnə performansı və özünəməxsusluğu ilə seçilir. \"Bakı Kristal Zalı\" səhnəsində əsas məşqini edən ölkə təmsilçiləri bununla bağlı ilk təəssüratlarını eurovision.az saytına paylaşıb. SİA-nın məlumatına görə, onlar hər biri finala keçməyə iddialıdır. Lakin bu şansı onlardan yalnız 10-u əldə edə biləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə