Fransa təmsilçisi Azərbaycan musiqisini “Eurovision-2012”nin qaliblərinin duetindən sonra tanıyıb

Fransa təmsilçisi Azərbaycan musiqisini “Eurovision-2012”nin qaliblərinin duetindən sonra tanıyıb

Fransanın "Eurovision-2012" mahnı müsabiqəsi təmsilçisi Anqun bu gün \"Bakı Kristal Zalında ilk məşqini edib. SİA-nın məlumatına görə, məşqdən sonra mətbuat konfransında müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini deyib.

Əlavə edib ki, Azərbaycan musiqisini "Eurovision-2012"nin qalibləri olan Eldar Qasımovla, Nigar Camalın "Running scared" duetindən sonra tanıyıb.

"Azərbaycanın pop və xalq mahnıları ilə yaxından tanış olmaq istərdim. Əminəm ki, sizin musiqiniz çox gözəldir". Anqun "Eurovision-2012"də favoritinin İsveç təmsilçisi Lorin olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə