“Buranovskiye babuşki”: \"Şəhərimiz üçün darıxmamışıq\"- FOTO

“Buranovskiye babuşki”: \"Şəhərimiz üçün darıxmamışıq\"- FOTO
Rusiyanın "Eurovision-2012" təmsilçisi "Buranovskiye babuşki" kollektivinin "Crystal Hall" səhnəsində ikinci məşqi keçirilib. SİA-nın məlumatına görə, məşqi alqışlara tamamlayan nənələr mətbuat konfransında yenə medianın böyük marağı ilə rastlaşıblar.

Nənələr doğma şəhərləri üçün darıxmadıqlarını və Bakıda özlərinə qarşı doğmalıq hiss etdiklərini söyləyiblər: "Biz Bakıda şəhər mərkəzindən kənarda məskunlaşmışıq. Qaldığımız yerin ətrafı boyu uzanan bağ bizə evimizi xatırladır. Hətta dünən mətbəxdə sizə təqdim etmək üçün milli mətbəximizdən bir yemək hazırlamışıq".

Mətbuat konfransından sonra onlar ətdən və göbələkdən hazırlanan "Perepeçi"ləri mətbuat nümayəndələrinə şəxsən özləri paylayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə