10 ölkənin “Eurovision 2012” təmsilçisi ilk məşqlərinə yekun vurub – FOTOSESSİYA
Bu gün "Eurovision" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında çıxış edən 10 ölkənin təmsilçilərinin məşqləri və mətbuat konfransları uğurla başa çatıb. SİA-nın məlumatına görə, bu gün Sloveniya təmsilçisi Eva Boto, Xorvatiya Nina Badriç, İsveçi təmsil edən Lorin, Gürcüstan təmsilçisi Anri Jokadze, Türkiyəni təmsil edən Can Bonomo, Estoniya təmsilçisi Ott Lepland, Slovakiyanı təmsil edən Max Jason Mai, Bosniya və Herseqovina təmsilçisi Maya Sari və nəhayət Norveç təmsilçisi Tooji "Bakı Kristal Zalı"nda ilk məşqlərini ediblər. Məşqlərdən sonra hər bir təmsilçi Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırıblar.
9 yaşından oxumağa başladığını deyən Xorvatiya təmsilçisi Nina Badriç Bakıya heyran olduğunu söyləyib. O, Bakının görməli yerlərində olmaq arzusunu dilə gətirib. Təmsilçi bildirib ki, müsabiqədə oxuyacağı mahnı sevgi, bağışlanma, ikinci şansdan bəhs edir. Nina Badriç müsabiqədə qalibin İsveç olacağını proqnoz edib.
Gürcüstan təmsilçisi Anri Jokadze "I am a Joker" mahnısını məşq edib və mətbuat konfransı keçirib: "Azərbaycan bu müsabiqəni təşkil etməklə böyük bir ölkə olduğunu sübut etdi. Gələn il hər kəs öz alovunu Gürcüstanda yandıracaq".
İsveç təmsilçisi, Mərakeş əsilli Loren özünü Şərqlə Qərbin sintezi adlandırıb. Bakının möhtəşəmliyindən danışan müğənni gələn il müsabiqənin İsveçdə keçiriləcəyinə əmin olduğunu vurğulayıb. Fərqli rəqs formasında çıxacağını deyən müğənni gözəlliyi ilə də hamıdan seçildiyini iddia edib.
Türkiyəni təmsil edən Can Bonomo Bakı səhnəsində ad gününü qeyd edib. Bakıya artıq ikinci dəfədir ki, səfər edən müğənni şəhərimizə heyran olduğunu söyləyib.
"Bakı Kristal Zal" da ilk məşqindən sonra jurnalistlərin qarşısına çıxan Sloveniyanın təmsilçisi Eva Boto bütün təmsilçiləri özünə rəqib hesab etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB