Finlandiya təmsilçisi səhnə geyiminin əsrarəngiz olacağını iddia edir

\"Eurovision 2012\"də \"Nar jag blundar\" adlı mahnını ifa edəcək Finlandiya təmsiliçisi Pernilla Karlsonun səhnə geyiminin müəllifi məlum olub. SİA-nın məlumatına görə, finlandiyalı təmsilçinin geyimini \"Finnish Project Runway-2009\" layihəsinin qalibi Katri Niskanen hazırlayır.


Pernillanın səhnə geyiminin detalları açıqlanmır. P.Katrinin sözlərinə görə, onun \"Bakı Kristal Zalı\"nın səhnəsinə çıxacağı geyim əsrarəngiz olacaq. Təmsilçi ilə birgə səhnədəki violençel ifaçısının libası da ona uyğunlaşdırılacaq.


Qeyd edək ki, Pernilla Karlson mayın 22-də keçiriləcək birinci yarımfinalda 9-cu çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə