Belçikanın Eurovision 2012 təmsilçisi İris Bakıya gəlməyi səbirsizliklə gözləyir. SİA-nın məlumatına görə, ölkə təmsilçisi bu müsabiqədə iştirak hüququ qazanmaqla ən böyük arzusunun həyata keçdiyini deyib: \"Bakıdakı Eurovision 2012 şousunu səbirsizliklə gözləyirəm. Bu müsabiqədə iştirak mənim üçün inanılmaz bir şeydir. Təxminən 2 ildir peşəkar səviyyədə oxumağa başlamışam və tez bir müddətdə belə bir şansı qazanmaq əvəzolunmaz hissdir.\"
\"Bakı Kristal Zalı\"nda çıxışımın və nümayiş etdirəcəyim şounun bütün auditoriya tərəfindən bəyənilməsinə çalışacağam. Təmsilçi Rusiya adından çıxış edəcək \"Buranovskie babuşki\" qrupuna rəğbət bəslədiyini də deyib.
Müsabiqənin ən gənc iştirakçılarından olan İris növbəti həftə yeni albomunun təqdimatının keçiriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB