Xalq artisti Sevda İbrahimovanın yaradıcılığına həsr olunan tədbir keçirilib

Xalq artisti Sevda İbrahimovanın yaradıcılığına həsr olunan tədbir keçirilib
Bu gün Niyazinin mənzil- muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Klassik Musiqi Həvəskarları Klubunun növbəti tədbiri keçirilib. SİA-nın məlumatına görə, bugünkü tədbir xalq artisti Sevda İbrahimovanın yaradıcılığına həsr olunub.


Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova bəstəkarı yetirən mühit və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib. Onun sözlərinə görə, bəstəkar Sevda İbrahimova Üzeyir Hacıbəyli ənənələrinin və Qara Qarayev prinsiplərinin layiqli davamçılarından biridir: \"O, bütün janrlarda gözəl musiqi əsərləri yaradaraq sənətdə öz sözünü deyib. S.İbrahimovanın bəstəkarlıqla yanaşı, yüksək ədəbi dili, çıxışları və yazıları da olub. Bakı Musiqi Akademiyasında kafedra müdiri işləyən bəstəkar həm də yüksək səviyyəli kadrlar yetirib\".


Digər çıxışlarda da Sevda İbrahimovanın yaradıcılıq xüsusiyyətlərindən danışılıb.


Tədbirdə bəstəkarın yaradıcılığını əhatə edən videoçarx nümayiş olunub və əsərləri səsləndirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə