Gənc vokalçılar növbəti beynəlxalq musiqi festivalında çıxış edəcəklər
Martın 1-dən 10-na kimi Moldovanın paytaxtı Kişinyov şəhərində "Mertsişor-2012" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda dünyanın bir çox ölkələrindən tanınmış musiqi kollektivləri və ayrı-ayrı solistlər iştirak edəcəklər. 46-cı dəfə keçiriləcək bu festivala Azərbaycanlı ifaçılar da dəvət alıblar.
Festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc vokalçıları – İlahə Əfəndiyeva, Çinarə Şirin, Afaq Abbasova və konsertmeyster Roza Məmmədova iştirak edəcəklər. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Qeyd edək ki, Azərbaycanlı ifaçılar bu festivalda 2011-ci ildən iştirak edirlər. Ötən il keçirilən 45-ci festivalda Azərbaycanın Xalq artisti tarzən Ramiz Quliyev və Beynəlxalq müsabiqələr laureatı dirijor Əyyub Quliyev iştirak edib.
Festivalın bu ilki iştirakçıları martın 1-də Festivalın açılış konsertində, martın 2-də Moldova Dövlət Filarmoniyasında Azərbaycan İncəsənət istalarının konsertində, martın 3-də isə Qaqauziyanın paytaxtı Kamrad şəhərində çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB