Roman Lob: \"May ayında Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm\"
Almaniyanın Eurovision 2012-dəki təmsilçisi Roman Lob may ayında Azərbaycana səfərini səbirsizliklə gözləyir. SİA-nın müsabiqənin saytına istinadən verdiyi məlumata görə, mügənni fərqli mədəniyyətlərlə və insanlarla yeni tanışlığın ona xüsusi zövq verdiyini deyib.
Öz mahnısını hər kəsə sevdirəcəyinə inanan Roman Lob qalibiyyətin onda möhtəşəm hisslər yaşatdığını deyib. Amma Milli Finalda həyəcanlı olduğunu və qələbə günü bu həyəcandan söz tapa bilmədiyini etiraf edib.
Qeyd edək ki, Roman Lob Azərbaycanda keçiriləcək müsabiqədə Almaniyanı "Standing Still" mahnısı ilə təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB