\"Eurovision- 2012\"nin tanıtım videoçarxlarının çəkilişlərinin kastinqlərində 900-dən artıq insan iştirak edib
Kastinqlərin meneceri Tahir Əliyevin verdiyi məlumata görə, kastinqlərlə bağlı ümumi nəticə 900-dən artıq təşkil edir. Yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388, bu gün keçirilən kastinqlərdə 363 nəfər, eləcə də internet vasitəsi ilə dünyanın bir çox ölkələrindən İşçi Qrupuna 200-dən artıq insan fotolarını göndərib. Maraqlı məqam ondadır ki, bu dəfəki kastinqlərdə Azərbaycanın tanınmış simalarının övladları da iştirak ediblər. Azərbaycanın xalq artisti Murad Hüseynovun, aktyor Cabir İmanov və digərləri övladları ilə birgə mərkəzə gəliblər. Kastinqə qatılan insanların iştirakı ilə müxtəlif video-roliklər çəkilib. İştirakçılar Eurovision 2012-nin keçiriləcəyi "Light your fire" şüarı ilə Avropada tanınmaq arzularını ifadə ediblər.
İştirakçılar Eurovision 2012-nin keçiriləcəyi "Light your fire" şüarı ilə Avropada tanınmaq arzularını ifadə ediblər.
Qeyd edək ki, yanvarın 6-sı və fevralın 4-dəki kastinqlərdən uğurlu nəticə əldə edən iştirakçılar ikinci mərhələyə dəvət olunacaq. Seçimlərdən keçən şəxslərlə fevralın 15-dək əlaqə saxlanılacaq. Kastinqlərin keçirilməsində məqsəd Eurovision müsabiqəsinin tanıtım videoçarxlarında çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB